“AZER GAK” QSC 1983-cü ildən  kənd təsərrüfatı avadanlıqlarınin istehsalı sahəsində çox illik təcrübəyə malik Ghataat Ahangari Khorasan (GAK) şirkəti tərəfindən Azərbaycan respublikasında 2017-ci ildə təssis edilmişdir. Şirkət 92 çeşiddən çox kənd təsərrüfatı  texnikasının istehsalı sahəsində ixtisasalaşmışdır. Bu şirkət planlaşdırılmada ən inkişaf etmiş kompüter proqramları və Avropa ölkələrinin ən son texnoloji nailiyyətlərindən yararlanaraq yüksək keyfiyyətli məhsulun istehsalına nail olunmuşdur.

 

Şirkət aşağıdakı xidmətləri təqdim edir

• Təqdim etdiyi kənd təsərrüfatı texnikasında istifadə qaydaları və spesifikasiyası üzrə təlim və bilgilərin verilməsi;
• Ehtiyat hissələri ilə ən qısa zamanda təmin etmə;
• Mütəmadi, keyfiyyətli texniki servisin verilməsi;
• Məhsul, model, seriya nömrəsi və zəmanət kartında göstərilən vaxtda, Ghataat Ahangari Khorasan (GAK) fabrikinin standart qaydalarına uyğun olaraq satış tarixindən 1 (bir) il müddətinə zəmanət verillir.
• Zəmanət müddətində yaranmış hər hansı nasazlıq aradan qaldırıla bilmədiyi halda yeni məhsullar əvəz edilir;


Ümumi şərtlər

• Ghataat Ahangari Khorasan (GAK) fabriki zəmanət müddəti ərzində məhsulun bütün standart istehsal şərtlərinə riayət edilməsinə baxmayaraq hər hansı bir problemlə üzləşirsə, problemlərin düzəldilməsi üçün bütün lazımı dəstək AZER GAK QSC tərəfindən təqdim ediləcəkdir;
• Bir həftəlik qəbuldan sonra məhsulu təmir etmək və çatdırmaq mümkün olmadıqda (məhsul zəmanətin ilk ayında baş verirsə), qüsurlu məhsul sağlam bir cihazla əvəz ediləcəkdir.
• Hər hansı bir texniki problem, zərbə, sınıq, düzgün istifadə edilməməsi və ya hər hansı bir qaydasız təmir nəticəsində yaranan texniki problemlərin meydana çıxmasına zəmanətə daxil deyildir.
• Hologramın və seriya nömrəsinin hər hansı bir zərər və ya itkisi, beləliklə məhsulun xüsusiyyətləri tanınmaz hala düşərsə və ya məhsulun seriya nömrəsi qarantiya nömrəsi ilə uyğun deyilsə, o məhsula zəmanət daxil olmayacakdır.
• Məhsuldan düzgün istifadə edilməməsi və təlimatda göstərilən müəyyən edilmiş standartlara və təlimatlara əməl olunmaması şirkətin öhdəliklərinə aid deyil.
• Məhsuldan düzgün istifadə edilməməsi səbəbindən təzyiq və ya hissələrin qırılma və qüsulu olması zəmanətə daxil deyilir.
• Məhsulun qəbul edilməsi onun zəmanəti üçün bir səbəb deyildir və zəmanət yalnız mütəxəssislərin müayinəsindən sonra təsdiqlənir.
• Zəmanət xidmətləri yalnız zəmanət kartı təqdim etməklə təmin ediləcəkdir.
• Məhsula zəmanət müddəti satış tarixindən bir ildir.
• Müştərinin hesabına və müştərinin razılığı ilə edilən təmir və ya dəyişdirmə hissələri, bir aylıq zəmanət daxildir.

Azer-GAK Facebook