Karyera / Aktiv Vakansiyalar

VAKANSİYA - Aparıcı mühasib

İş barədə məlumat:

- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək

- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək

- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi

- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması

- Elektron Qaimə, Hesab Fakturalarının işlənməsi

- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması

- İşçilərin əmək ödənişlərinin aparılması

- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi

- Maliyyə hesabatlarının hazırlanması (Balans,Mənfəət və Zərər,Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s.

Bilməlidir: mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları; müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını; uçot və hesabatı; hesabatların plan və korrespondensiyasını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini; sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını; müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını; hesablama texnikasının istismarı qaydalarını; iqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını; daxili əmək intizamı qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Namizədə tələblər

- Maliyyə və mühasibatlıq sahəsində 2 ildən az olmayan iş təcrübəsi

- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)

- Proqram bilikləri: MS Word, MS Excel, Logix

- Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq

- Dil bilikləri: Azərbaycan dili – mükəmməl, İngilis dili arzuolunandır

- 30-45 yaş arası xanımlar

Əmək haqqı müsahibə əsasında təyin olunacaq

Maraqlanan şəxslər CV formalarını vakansiyanın adını mövzu bölməsində office@caucasusconsulting.org qeyd edərək  CV göndərə bilərlər.

Əlaqə nömrəsi: +994 51 206 87 79 

Əlaqədar şəxs: Aysən xanım