Xidmətlər / Hüquqi Konsultasiya


Firmaların qeydiyyatı

Sizə hüquqi şəxslərin qeydiyyatı kimi ciddi bir prosesdə yardım lazımdırsa, onda biz Size yüksək səviyyəli xidmət təklif edirik. 

Qisa müddət ərzində sənədlərin tam paketini hazırlayanacaq, yaradılacaq firmanın təşkilati formasını seçməkdə və bu proseslə bağlı ortaya çıxan məsələlərdə Sizə yardımçı olacağıq.

Firmaların qeydiyyatı ilk baxışdan bir o qədər də çətin gəlməyən bu prosesin içində bir cox mürəkkəb prosedurlar var ki, bunun ücün profesional hüquqi müdaxilə lazımdır. Belə ki, bu proses zamanı hər bir sənədin hazırlanıb rəsmiləşdirilməsinə böyük diqqət yetirilməli, qeydiyyat və qeydiyyatdan sonra tələb olunan addımların hüquqi baxımdan düzgün aparılması cox vacibdir. Belə ki, hüquqi şəxsin yaradılması bir tək qeydiyyat mərhələsində deyil, həmçinin sonrakı mərhələlərdə də çox böyük məsuliyyəti var. 

Elə bu səbəbdən də belə məsuliyyətli məsələni bu sahədə böyük iş təcrübəsi olan professionallara etibar etmək lazımdır. Şirkətdə çalışanlar komanda məhz bu sahədə kifayət qədər praktik təcrübəyə malik olan insanlar calışır. Bizim kollektiv çalışır ki, belə məsələyə elə yanaşsınlar ki, bizim müştərilərimizin ciddi biznesin inkişafı və müvəffəqiyyəti yolunda atdığı ilk addım düzgün və tam qanuni olsun.

Hüquqi şəxsin qeydiyyatı ilə bağlı yardım ilə bərabər Biz Sizə hüquqi şəxsin yaradılması ilə bağlı tam sənəd paketi təqdim etməklə yanaşı, onun fəaliyyətinin hər bir mərhələsində hərtəfli yardımımızı da təqdim edirik. Hüquqi ünvan axtarışında, gələcək şirkətin düzgün vergiqoyma sisteminin seçilməsində, kadr axtarışı, mühasibatlıq işlərinin düzgün qurulması və s. xidmətlərimizi də təklif edirik.

Eləcə də, Sizin istəyinizə uyğun olaraq hüquqi şəxsin bank hesablaşma hesabının açılmasında, yeni şirkətin möhürünün hazırlanmasında, ümumiyyətlə tələb olunan zəruri hərəkətləri həyata keçirməkdə biz Sizə profesional yardımçı ola bilərik.

Niyə Bizi secin: 

· Qarşıya qoyulmuş məsələləri profesional və operativ şəkildə həll edirik; 

· Qeydiyyat prosesinin bütün mərhələsində tam dəstək oluruq; 

· Müştərilərimiz üçün lazım olan sənəd paketini tam qanunauyğun hazırlayırıq; 

· Hər bir müştəriyə fərdi yanaşmağa çalışırıq;

Müəssisələrin ləğvi

Hüquqi şəxsin yaradılması qədər də onun ləğvi kifayət qədər mürəkkəb prosedurdu. Bir qayda olaraq, şirkətin ləğvi onun qeydiyyatından daha çətin keçən bir prosesdir.

Qeydiyyat zamanı borclar, öhdəliklər və aktivlər yoxdursa, ləğvetmədə belə deyil. Ləğvetmə prosesində uçotun bu və ya digər obyektləri ilə əlaqədar bir çox məsələləri həll etmək lazım gəlir. Hüquqi şəxsin ləğv edilməsi zamanı bütün mərhələləri addımbaaddım keçmək lazımdır.

Burada hər bir detal mühümdür – kreditorların xəbərdar edilməsindən tutmuş ləğvetmə balansının tərtibinə qədər. Müəssisənin ləğvi, bir qayda olaraq, biznesin sahiblərinin da maraqlarına toxunan bir mövzudur. Qanunvericilik normalarını və şirkətin sahiblərinin mənafelərini pozmadan mülkiyyəti düzgün bölüşdürmək lazım gəlir.

Sözsüz müəssisənin ləğvetmə prosesi mürəkkəb, məsuliyyətli və ciddi bir işdir. Lakin bizim xidmətlərimizdən istifadə etməyi qərar verdiyiniz halda Siz hec bir problemlə üzləşmiş olmayacaqsınız. Biz, sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini tam qanunauyğun olaraq yüksəksəviyyəli peşəkarlarımızın sayəsində dəqiq həyata keçirəcəyik. Bütün zəruri sənədləri hazırlayacaq, vacib addımları atacaq və arzuolunan nəticəyə problemsiz və rahat gəlmək üçün Sizə yardımcı olacağıq.

Təsis sənədlərinin dəyişikliyin edilməsi

Bir cox həyat prosesində gedən dəyişikliklər bizim də apadığımız işlərdə, biznesdə dəyişikliklərin edilməsi zərurəti yaranır. Bu dəyişikliklərə Şirkətinizin ilkin təsis sənədlərinə də aid edilə bilər. Bu baxımından ən kişik hesab edilən dəyişiklikdə müfaviq qaydada sənədləşdirilməli, mütləq dövlət qeydiyyatından keçməlidir. Dəyişiklikləri məhdud müddətdə etmək tələb olunur və əks təqdirdə, şirkəti ciddi cərimə gözləyə bilər.

Təsis sənədlərinə dəyişikliklərin edilməsi – kifayət qədər ciddi prosedurdur və şirkətin ilk qeydiyyatından daha mürəkkəbdir. Bizə müraciət etməklə Siz lazımsız qayğılardan azad olunaraq sənəd paketini tez, düzgün, tələb olunan dəyişikliklər edilərək müvafiq dövlət orqanlarından qeydiyyatdan keçirilərək təqdim ediləcəkdir.

Bu prosedur bizim peşəkarlarımızın düzgun fəaliyyəti nətiçəsinə sənədlərdə aprılan dəyişikliklər hər zaman dəqiq və təyin olunmuş vaxtda həyata keçiriləcəkdir. Bu işi peşəkarlara etibar edin!

Kadrların uçotu

 

Muzdlu işçilərin əməyindən istifadə edən, əməkdaşların ştatına malik olan hər bir müəssisə kadr uçotunun aparılması zəruridir. 

Əməkdaşların işə götürülməsinin rəsmiləşdirilməsi, əmək haqqının hesablanması ilə əlaqəli suallar həm nəzarətçilər və həm də ki, işçilərin özlərini həmişə xüsusi olaraq maraqlandıran məsələlər olur. Belə ki, müəssisənin əmək münasibətlərinin və kadr heyətinin sənədlərinin tərtib edilməsindəki qeyri-peşəkarlıq cinayət məsuliyyəti də daxil olmaqla, çox ciddi nəticələrə gətirib çıxara bilərlər.

Bizim Şirkətin xidmətlərindən istifadə etməklə Siz müəssisədə tam qanunauyğun, səliqəli və məsuliyyətli kadr uçotunun aparılması işi əldə etmiş olursunuz. Bu xidmətə əmək müqavilələrinin tərtibi,vəzifə üzrə təlimatlarının hazırlanması, hər bir əməkdaş üçün uçot sənədlərinin düzəldilməsi və həmçinin də, əmək haqqı cədvəllərinin və müvafiq hesabatların hazırlanması daxildir. Biz nəinki yalnız zəruri kadr sənədlərini hazırlayacaq, əmək haqqının və vergilərin düzgün hesablanmasına nəzarət edəcəyik, həm də təhlükəsizlik texnikası və onun savadlı təqdim edilməsi ilə əlaqəli suallar üzrə də məsləhətlər verəcəyik. 

Əməkdaşlar və rəhbərlik arasında yaranan əmək mübahisələrinin tam qanunauyğun cözülməsi ilə bağlı məsələlər və yaranan məhkəmə mübahisələrinin də problemsiz həll edilməsində Sizə yardımçı ola bilərik. Lakin savadlı şəkildə tərtib edilmiş kadr uçotu bir çox narahatlıqların qarşısını ala bilər. Problemlərin yaranmamasına calışaq! 


Xarici vətəndaşların qeydiyyatı

Şirkət miqrasiya üçün lazım olan sənədlərin hazırlanması və onların Azərbaycan respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim edilməsi xidmətini də Sizin nəzərinizə təqdim edir. Bu xidmətə aşağıdakı işlər aiddir: 

· İşləmək icazəsinin alınmas; 

· Müvəqqəti yaşayış üçün icazənin alınması; 

· Çıxış ücün icazənin alınması . 

Bütün bunlarla yanaşı siz bizə müraciət edərkən nəinki vaxtınıza eyni zamanda pulunuza da qənaət edirsiniz. Qiymətli vaxtınızı miqrasiya xidmətinin şöbələrində keçirməkdən azad olursunuz və səmərəli işləyərək bu işi peşəkarlara həvalə etmiş olursunuz. Biz bütün müştərilərimizə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və DİN-nin icazəverici sənədlərinin hüquqi cəhətdən nöqsansız hazırlanmasına təminat veririk.