Xidmətlər / Mühasibatlıq
Mühasibat uçotunun aparılması
Bizim təqdim etdiyimiz xidmətlərdən biri də mühasibat uçotunun aparlmasıdır. Bu kifayət qədər mürəkkəb prosesdir. Lakin, böyük təcrübə və ciddi professional hazırlığı olan peşəkarlarımızla biz bu xidmətin öhdəsindən asan gəlirik və biz təqdim etdiyimiz xidmətlərin keyfiyyətinə və məsuliyyətli aparılmasına zəmanət veririk. Mühasibatlıq ucotu üzrə xidmətlərə nələrin daxil olduğunu qısaca da olsa nəzərinizə çatdırırıq:
· Mühasibat uçotu sisteminin təşkili
Biz, Sizin müəssisədə mühasibatın aparılması prosesini tərtib edə və rahatlaşdıra bilərik; ştatlı mütəxəssislərin məlumatlandıra bilərik və Sizi maraqlandıran hər hansı bir məsələ üzrə məsləhətlər təqdim edirik
· Mühasibat uçotunun təftişi
Sizin mühasibatlıqda işlərin vəziyyətini yoxlaya bilərik, uçot prosesini təftş edə bilərik, ilkin sənədlərin tərtibatının düzgünlüyünü yoxlaya bilərik, müəssisədə aparılan hesabatın qanunvericilik normalarının tələblərinə uyğun gəlməsi baxımından təhlilini apara bilərik.
· Uçot siyasətinin tərtibatı
Mütəxəssislərimiz fəaliyyətinizin bütünlüklə diqqətlə öyrənəcək və zərurət yarandığı təqdirdə, təkmil və optimal uçot siyasətini, habelə, ən uyğun gələn maliyyə strategiyasını hazırlaya bilərik.
· Vergi uçotu
Vegilərin hesablanmasını və Sizin biznes üçün ən optimal olan vergi ödənişi sistemini seçməkdə sizə yardımçı ola bilərik. Biz bu istiqamətdə müstəqil surətdə Sizin vergi uçotunu formalaşdıra bilərik. Bununla Sizin büdcə ödənişlərinizə də qənaət etmiş olarsiniz.
· Məsləhətlər
Bizim mütəxəsislər Sizə sizin ücün rahat olan zamanda həm şifahi, həm internet vasitəsilə, həm də yazılı formada zəruri izahlar, şərhlər və məsləhətlər verə bilər.
· Banklarla iş
Banklarla aparılmalı olan əməliyyatar, ödəniş tapşırıqlarının hazırlanması, bank çıxarışlarının çeşidlənməsi və saxlanması, eləcə də, cari hesab üzrə bütün zəruri sənədlərin hazırlanması xidmətini Sizə təqdim edirik.
· Hesabatların verilməsi
Mühasibat uçotunun aparılması prosesi mühasibat hesabatlarının və bəyannaməsinin hazırlanması daxildir. Biz Şirkət tələb olunan işlərin hamısını keyfiyyətli, yüksək peşəkarlıqla və məsuliyyətlə həyata keçirə bilərik. Mühasibat uçotunun aparılmasını bizə etibar etməklə Siz problemlərdən qurtarmış olursunuz. Eləcə də, əlavə iş yerləri açmaq, təşkilati texniki təminatı həll edtmək və digər zəruri məsələlərin təşkilindən azad olmuş olursunuz.
Mühasibatlıq hesabatların hazırlanması
Hamıya məlumdur ki, Şirkətin ciddiliyi onun mühasibat uçotunun nə dərəcədə ciddi və şəffaf aparılması ilə ölçülür. Hesabatların yerli qanunvericiliyə tam dolğun və vaxtında hazırlanması, hesabat dövrünün sonunda nəzarətedici orqanlara təqdim olunması vacib amillərdən biridir. Eləcəc də, tələb olunan müvafiq bəyannamə və yaxud da hər hansı hesabat forması səliqəli və vaxtında tərtib edilməlidir.
Mühasibatlıq üzrə hesabatların hazırlanması – dəqiqlik, diqqət, ardıcıllıq, profüsionallıq və kifayət qədər mürəkkəb işdir. Hətta firmanın fəaliyyəti böyük həçimli olmasa, və az ştat işçiləri ilə kifayətlənsə belə, qanuna uyğun olaraq hesabatların təqdim edilməsi məcburi bir prosedurdur. Aktiv şəkildə biznes fəaliyyətinə başlamayanlar da vergi, DSMF və statistika orqanları qarşısında hesabatlar tərdim etməlidirlər. Heç bir məlumatı olmayan, balansı sıfra bərabər olan firmalar da hətta bu prosesi tam qanunveriçiliyə uyğun olaraq keçməlidir. Əks halda isə vaxtında təqdim edilməyə hesabatlara görə ciddi cərimələr nəzərdə tutulmuşdur.
Hesabatların tərtib edilməsi ilə bağlı bütün qayğıları öz üzərimizə götürməklə Sizi bu mürəkkəb və vaxt aparıcı işdən azad etmiş oluruq. Bu işi ixtisaslaşdırılmış mütəxəssislərimizə və bu sahədə peşəkarlara həvalə etməklə yüksək səviyyədə xidmət əldə etmiş olursunuz. Bizim şirkətdə Siz yalnı bu xidmətin göstərilməsi üçün də müqavilə bağlaya bilərsiniz. Çünki, biz çox gözəl başa düşürük ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin heç də hamısında nizamlı mühasibat işlərinin tam qaydada aparılmır və hətta bəziləri bu işin öhdəsindən özləri də gələ bilirlər. Lakin, hesabatların hazırlanması böyük təcrübə və bilik tələb edir. Ona görə də, bu işi professionallara tapşırmaq daha məqsədəuyğun hesab edirik. Hesabatların hazırlanması sözsüz ki, mürəkkəb işdir. Və burada səhv etməyə hər bir Şirkətə baha başa gələ bilər. Bundan da başqa, məhz hesabatlar – Sizin dövlət və nəzarətedici orqanlar qarşısında olan simanızdır.
Hesabatlarınızın hazırlanmasını bizə etibar edin və biz bunu yüksək professionallıqla həyata keçirəcəyik!